بؤلوم :
جمعه 28 بهمن 1390     یازار : تورك اوغلو


Dağlar marala qaldı,

Otu sarala qaldı.

Sərin çeşmə, göy yaylaq

Yenə marala qaldı.

******

Əzizim sözə qaldı,

Bir şirin sözə qaldı.

Yad qovuldu dağlardan,

El-oba bizə qaldı.

******

Dağlarda talam qaldı,

Biçmədim, lalam qaldı.

Dağılsın qürbət ölkə,

Orda bir balam qaldı.

******

Bağçada barım qaldı,

Dərmədim, narım qaldı.

Özüm yad elə düşdüm,

Vətəndə yarım qaldı.

******

Arazda axar qaldı,

Tərlan uçdu, sar qaldı.

Elimdən ayrı düşdüm,

Gözlərim baxar qaldı.

******

Getdi arxa dolandı,

Sular çarxa dolandı.

Düşmən elin gücündən

Qorxa-qorxa dolandı.